• 23 °C
|

Kuşner Ukrayna üzrə növbəti addımların yaxın həftələrdə açıqlanacağına ümid edir

13 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanması istiqamətində növbəti addımların yaxın həftələrdə açıqlanacağına ümid etdiyini bildirib.

APA xəbər verir ki, Kuşner bunu Kiyevdə keçirilən “Yalta Avropa Strategiyası” konfransına videobağlantı vasitəsilə qoşularkən deyib.

“Ümid edirəm ki, qarşıdakı bir neçə həftə ərzində növbəti addımların nədən ibarət olduğunu açıqlaya biləcəyik. Ümid edirəm ki, bu, bizi irəliyə aparacaq”, – Kuşner bildirib.