• 24 °C
|

Tramp hələlik Vensi prezident seçkilərində dəstəkləməyə hazır deyil

14 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp vitse-prezident Ceyms Devid Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini hələlik dəstəkləməyə hazır deyil.

APA xəbər verir ki, Tramp bu barədə İrlandiyadan ABŞ-a uçmazdan əvvəl jurnalistlərə açıqlaması zamanı danışıb.

“Hələ çox tezdir. O, möhtəşəmdir, bizim çoxlu möhtəşəm insanlarımız var”, – Tramp deyib.