• 26 °C
|

ABŞ-ın rəqibləri Qrenlandiyada hərbi baza yerləşdirə bilməyəcək

19 Sentyabr 2026

ABŞ, Danimarka və Qrenlandiya arasında əldə olunan razılaşmaya əsasən, ABŞ-ın rəqibləri adada hərbi baza yerləşdirə bilməyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp öz “Truth Social” hesabında açıqlama verib.

“Bu andan etibarən ABŞ-ın heç bir rəqibi Qrenlandiyada baza və ya hərbi mövcudluğa malik ola bilməyəcək, həmçinin Qrenlandiyada strateji əhəmiyyətli investisiyalar həyata keçirə bilməyəcək”, – Tramp yazıb.

Tramp onu da əlavə edib ki, razılaşmanın qüvvədə olma müddəti məhdud deyil.