
ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasına çalışır.
Bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts “Breitbart News” portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Tramp “Avropada ən böyük quru müharibəsinə son qoymağa” çalışır. Uolts müharibənin ABŞ-nin keçmiş prezidenti Co Baydenin hakimiyyəti dövründə başladığını da vurğulayıb.
Diplomat bildirib ki, Tramp BMT Baş Assambleyasının qarşıdakı sessiyasındakı çıxışında suverenlikdən, son bir il ərzində əldə olunmasına kömək etdiyi sülh razılaşmalarından və hazırda üzərində iş aparılan digər razılaşmalardan danışacaq.
Uoltsun sözlərinə görə, ABŞ Prezidenti İranın nüvə proqramı, süni intellekt və onun dövlət tərəfindən tənzimlənməsi məsələlərinə də toxunacaq.