21 Sen 2026

Nigeriyanın Plato əyalətində silahlı hücum nəticəsində 9 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
APA xəbər verir ki, naməlum silahlı şəxslər əyalətin Barkin Ladi bölgəsinə gələrək ətrafdakılara atəş açıblar. Hücum nəticəsində 9 nəfər həlak olub.
Nigeriya ordusunun açıqlamasında isə əyalətin Şere, Qvafan və Maza bölgələrində silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirildiyi bildirilib. Əməliyyatlar zamanı 11 silahlı dəstə üzvünün saxlanıldığı qeyd olunub.