|

Zelenski və Tramp arasında Nyu-Yorkda görüş olub

22 Sentyabr 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə birlikdə ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Nyu-Yorka gəlib.

APA xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.

Görüş başlamazdan əvvəl tərəflər bir neçə açıqlama verib, daha sonra danışıqlar qapalı formatda davam etdirilib.

“Ümid edirəm ki, bu müharibəni qışa qədər başa çatdıra biləcəyik və Tramp bu məsələdə kömək edəcək”, – Zelenski bildirib.

Tramp isə Ukraynadakı müharibəyə son qoymaq üçün həll yolu axtardıqlarını deyib.