23 Sen 2026

“Kiyev enerji sahəsində Rusiya ilə qarşılıqlı atəşkəsə hazırdır”.
APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşdən əvvəl jurnalistlərə açıqlaması zamanı deyib.
O qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da Rusiyanın enerji obyektlərinə hücumları dayandıracaq.
Zelenski onu da bildirib ki, belə bir razılaşma enerji obyektlərinə qarşı hücumların qarşılıqlı şəkildə dayandırılmasını nəzərdə tutur.