• 25 °C
|

Şəkidə iki avtomobil toqquşub, bir ailənin 4 üzvü xəsarət alıb – VİDEO

24 Sentyabr 2026
img

Şəkidə iki avtomobilin toqquşması nəticəsində bir ailənin dörd üzvü xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində qeydə alınıb. “Toyota” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində avtomobillərdən birində olan bir ailənin dörd üzvü xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıblar. Onların xəsarətlərinin yüngül olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.