• 24 °C
|

Litva və ABŞ birgə PUA istehsalına dair sənəd imzalayıb

24 Sentyabr 2026
img

Litva və ABŞ-nin “Mach Industries” şirkəti Litvada pilotsuz uçuş aparatlarının birgə istehsalının yaradılması ilə bağlı niyyət bəyannaməsi imzalayıb.

APA xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

Sənəd “Mach Industries” şirkətinin Litvada PUA sahəsində qabaqcıl müdafiə sistemlərinin hazırlanması üçün filialının yaradılmasını nəzərdə tutur.

Litva Müdafiə Nazirliyi bildirib ki, layihə ölkənin ABŞ-nin Avropadakı müdafiə texnologiyalarının istehsal və hərbi təchizat zəncirinin mühüm hissəsinə çevrilməsinə imkan yarada bilər.

Məlumata görə, Vilnüs son üç ildə ABŞ-dən təxminən 2 milyard avro dəyərində silah və hərbi avadanlıq alıb.