• 16 °C
|

Azərbaycanda bankların xalis mənfəəti 23%-ə yaxın artıb

25 Sentyabr 2026
img

2026-cı ilin yanvar – avqust aylarında Azərbaycan bankları 949.7 mln. manat xalis mənfəət, 1,487.7 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

"APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 22,7% çoxdur.

Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 245.8 mln. manat məbləğində mənfəət vergisi ödənilib.