• 21 °C
|

Tramp Si Cinpinlə İran və Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

25 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə danışıqlar zamanı İran və Hörmüz boğazındakı vəziyyəti müzakirə etdiyini təsdiqləyib.

APA xəbər verir ki, Tramp bunu Çin lideri ilə birlikdə ABŞ Milli Arxivinə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ağ Evin mətbuat korpusunun məlumatına görə, Tramp danışıqlarda İran məsələsinin müzakirə olunub-olunmadığı barədə suala müsbət cavab verib.

Hörmüz boğazındakı vəziyyətə toxunan ABŞ Prezidenti “Düşünürəm ki, hər şey qaydasında olacaq”, – deyib.