
ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə danışıqlarda bütün məsələlər üzrə irəliləyiş əldə olunduğunu bildirib.
APA xəbər verir ki, Tramp bunu Çin lideri ilə birlikdə ABŞ Milli Arxivinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
Danışıqlar zamanı nəyə nail olunduğu barədə suala Tramp “Hər şeyə” cavabını verib.
“Biz möhtəşəm görüş keçirdik. Bu, hər kəs üçün əladır”, – ABŞ Prezidenti bildirib, lakin əldə olunan nəticələrin təfərrüatlarını açıqlamayıb. Tramp daha sonra Çin və ABŞ-nin tarixinin uzunluğunu müqayisə edərək ölkəsinin 250 illik tarixi ilə fəxr etdiyini söyləyib.