
Çin və ABŞ ikitərəfli münasibətlərin uzunmüddətli və sabit inkişafını təmin etmək imkanına malikdir.
Xarici medianın məlumatına görə, bunu Çin Sədri Si Cinpin bildirib.
“Bir-birimizin fərqliliklərini qəbul edib onlara hörmət etməklə, qarşılıqlı anlaşma nümayiş etdirməklə, bir-birimizin müsbət təcrübəsindən yararlanmaqla, ən böyük ortaq məxrəci tapmaqla, əməkdaşlıq istiqamətlərini genişləndirməklə və fikir ayrılıqlarını düzgün idarə etməklə ölkələrimiz arasında münasibətlərin uzunmüddətli sabit inkişafını təmin edə bilərik”, – Çin lideri bildirib.
Si Cinpin bu fikirləri həyat yoldaşı Pen Liyuan, ABŞ Prezidenti Donald Tramp və birinci xanım Melaniya Trampla birlikdə Vaşinqtondakı ABŞ Milli Arxivinə səfəri zamanı səsləndirib.