• 21 °C
|

Tramp: ABŞ və İran arasında yeni danışıqlar bu həftə keçirilə bilər

27 Sentyabr 2026
img

ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yaxın günlərdə davam edəcəyini gözlədiyini bildirib.

Tramp bunu “Axios”a müsahibəsində deyib.

“Mən İranla yeni danışıqların bu həftə keçiriləcəyini gözləyirəm. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim əldə etmək istədiyim razılaşma deyil. Ola bilsin ki, bir il əvvəl biz bununla razılaşardıq. Onlar öz imkanlarını həddindən artıq qiymətləndiriblər”, – ABŞ Prezidenti bildirib.

Trampdan İrana zərbələrin yenidən başlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyi də soruşulub.

“Mən bu barədə həmişə düşünürəm”, – ABŞ Prezidenti cavab verib.

“Axios”un iki regional mənbəsinin məlumatına görə, ABŞ və İran arasında dolayı danışıqların yeni raundu sentyabrın 28-də, bazar ertəsi keçirilə bilər. Danışıqlarda Qətər vasitəçi qismində çıxış edir.