• 19 °C
|

WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır

28 Sentyabr 2026
img

ABŞ Çinə Amerika istehsalı olan silahların satışını planlaşdırmır.

Bu barədə “The Wall Street Journal” mənbələrinə istinadən məlumat yayıb.

Sentyabrın 27-də ABŞ-ın Çindəki səfiri Devid Perdyu “Fox News” telekanalına açıqlamasında Prezident Donald Trampın Çin Sədri Si Cinpindən gələcəkdə Amerika silahlarını almaq istəyib-istəməyəcəyini soruşduğunu iddia edib.