• 19 °C
|

Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb – YENİLƏNİB

28 Sentyabr 2026

Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlarda ölənlərin sayı 81 nəfərə çatıb.

APA-nın yerli mediaya istinadən verdiyi xəbərə görə, 2200-dən çox evə ziyan dəyib, 81 hektarlıq əkin sahəsi isə su altında qalıb.

***

10:52

Hindistanın Uttar Pradeş ştatında baş verən daşqınlar nəticəsində 62 nəfər ölüb.

Bu barədə “ABC News” yerli rəsmilərə istinadən xəbər verib.

Daha 46 nəfərin isə xəsarət aldığı qeyd olunub.

3 gündən çox davam edən leysan yağışların səbəb olduğu sel 1000-dən çox evi dağıdıb.

Ştat ərazisində məktəblərin fəaliyyəti dayanıb.

Bu gündən yağıntı miqdarının azalacağı gözlənilir.