29 Sen 2026

Niderlandın dörd şəhərində mərkəzi dəmir yolu vağzallarında sərnişinlər təhlükəsizlik təhdidi səbəbi ilə təxliyə edilib.
Bu barədə Niderlandın “NU.nl” portalı məlumat yayıb.
Bildirilib ki, Rotterdam, Utrext, Haarlem və Dordrext şəhərlərinin mərkəzi vağzallarında evakuasiya aparılıb.
Məlumata görə, şübhəli əşyaların yoxlanılması üçün partlayıcı maddələr üzrə mütəxəssislər hadisə yerlərinə cəlb olunub.
Hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığı hələlik məlum deyil.