• 19 °C
|

Tbilisidə Heydər Əliyevin büstünü zədələyən Ermənistan vətəndaşı saxlanılıb

30 Sentyabr 2026
img

Tbilisidə Ümummilli LiderHeydər Əliyevin büstü zədələnib.

APA xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyinin məlumatına görə, sentyabrın 21-də baş verən hadisə ilə bağlı xarici ölkə vətəndaşı saxlanılıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsinin birinci hissəsi üzrə araşdırma aparılır. Bu maddə özgə əmlakının mühüm zərər vurmaqla qəsdən zədələnməsi və ya məhv edilməsini nəzərdə tutur.

Saxlanılan şəxsin Ermənistan vətəndaşı olduğu onun vəkili tərəfindən təsdiqlənib. Vəkilin sözlərinə görə, yaşı 40-dan çox olan şəxs Tbilisiyə turist kimi gəlib və hazırda susmaq hüququndan istifadə edir. Məhkəmə tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda büst restavrasiya məqsədilə örtülüb. Məlumata görə, abidənin üz hissəsinin bir hissəsi zədələnib. Hadisənin hansı vasitə ilə törədildiyi və motivi hələlik açıqlanmayıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bildirib ki, hadisə ilə bağlı Gürcüstanın aidiyyəti qurumlarında istintaq və prosessual tədbirlər davam etdirilir və istintaqın nəticələrini gözləmək lazımdır.