• 16 °C
|

ABŞ-da pilotsuz sistemlər üzrə ixtisaslaşmış yeni komandanlıq yaradılacaq

1 Oktyabr 2026
img

ABŞ-da pilotsuz sistemlər üzrə ixtisaslaşacaq yeni komandanlıq yaradılacaq.

APA xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset açıqlayıb.

“Bu gün mənim göstərişimlə Avtonom Döyüş Əməliyyatları Komandanlığının yaradıldığını elan edirik”, – Heqset bildirib.

Onun sözlərinə görə, yeni komandanlığın əsas vəzifəsi ABŞ Silahlı Qüvvələrində avtonom və robotlaşdırılmış vasitələrin imkanlarını artırmaq olacaq.

Pentaqon rəhbəri süni intellekt texnologiyalarına əsaslanan idarəetmə sistemləri ilə təchiz edilmiş pilotsuz uçuş aparatlarının istifadəsini son nəsillər ərzində döyüş meydanında ən böyük inqilab adlandırıb.