
Rusiyanın Ukraynanın paytaxtı Kyivə və Odesa şəhərinə endirdiyi hava zərbələri nəticəsində iki nəfər yaralanıb, APA xəbər verir.
APA xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti və Odesa şəhər administrasiyasının rəhbəri Serhiy Lysak məlumat veriblər.
Bildirilib ki, hücumlar nəticəsində Kyivdə bir, Qara dəniz sahilində yerləşən Odesada isə daha bir nəfər xəsarət alıb.
Serhiy Lysakın sözlərinə görə, Odesaya endirilən zərbələr nəticəsində şəhərin infrastrukturuna da ziyan dəyib.
O, dəymiş ziyanın miqyası və hansı infrastruktur obyektlərinin zərər gördüyü barədə ətraflı məlumat verməyib.