• 16 °C
|

Yaşar Gülər: Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük təlimlər keçirilməsi planlaşdırılır

1 Oktyabr 2026
img

Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışında deyib.

O bildirib ki, gələcəkdə Qırğızıstan və Qazaxıstanın da iştirakı ilə daha böyük hərbi təlimlərin keçirilməsi planlaşdırılır:

“Mən təlimdə iştirak edən bütün qardaşlarımı təbrik edirəm. İnanıram ki, bundan sonra digər qardaşlarımızın – qırğızların, qazaxların da aramıza qoşulması ilə daha böyük təlimləri həm birlikdə planlaşdıracağıq, həm də uğurla həyata keçirəcəyik. Sülh və əmin-amanlıq istəyiriksə, müharibəyə hazır olmalıyıq. Bütün bunlara görə də biz bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq ən yaxşı şəkildə hazırlaşacağıq, amma sülh içində yaşayacağıq”.