
ABŞ Səudiyyə Ərəbistanı və Qətardakı mühüm neft-qaz obyektlərinin müdafiəsi üçün regiona əlavə iki “Patriot” zenit-raket batareyası yerləşdirib.
Bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, “Patriot” batareyalarından biri Səudiyyə Ərəbistanındakı neft obyektinin, digəri isə Qətərdəki təbii qaz obyektinin müdafiəsini gücləndirmək üçün göndərilib.
Nəşr yazır ki, Vaşinqton bununla müttəfiqlərini, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə qərar veriləcəyi təqdirdə, onların əsas enerji obyektlərinin müdafiəsinin təmin ediləcəyinə inandırmağa çalışır.
“Axios” qeyd edir ki, ABŞ regiondakı hərbi mövcudluğunu da artırır. Yaxın Şərqə əlavə hərbi gəmilər, qırıcı təyyarələr və hərbçilər göndərilir.