
Pentaqon rəhbəri Pit Heqset “Theodore Roosevelt” aviadaşıyıcısının regiona gəlməsindən sonra ABŞ-ın Yaxın Şərqdə neçə aviadaşıyıcı saxlayacağını açıqlamaqdan imtina edib.
APA xəbər verir ki, bu barədə Heqset Kolorado-Sprinqs şəhərində jurnalistlərin suallarını cavablandırıb.
Pentaqon rəhbərindən “Theodore Roosevelt”in hazırda Yaxın Şərqdə olan iki ABŞ aviadaşıyıcısından birini əvəz edəcəyi, yoxsa onlara qoşulacağı soruşulub.
“Bu, yerində verilmiş sualdır, amma ona cavab verməyəcəyəm. Yalnız onu deyə bilərəm ki, mənim vəzifəm ali baş komandana mümkün qədər geniş fəaliyyət variantları təqdim etməkdir”, – Heqset bildirib.