
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılan komitə oktyabrın 5-də ər-Riyadda toplanacaq.
APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi, general Selçuk Bayraktaroğlu, həmçinin Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri iştirak edəcək.
Görüşdə regionda baş verən son hadisələr və ittifaqın institusional strukturunun yaradılması istiqamətində görülən işlərin hazırkı mərhələsi müzakirə olunacaq.