• 20 °C
|

Mingəçevərdə qadın bıçaqlanıb, əri polisə təslim olub

5 Oktyabr 2026
img

Mingəçevərdə qadın kəsici alətlə xəsarət alıb.

APA-nın yerli müxbiri xəbər verir ki, Mingəçevərdə 46 yaşlı Qasım Quliyev arvadı Aygün Həşimovaya kəsici alətlə xəsarət yetirib.
Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Hadisədən sonra Q.Quliyev könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.