• 18 °C
|

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

7 Oktyabr 2026
img

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 2008-ci il təvəllüdlü Əli Əhədov sağ bud nahiyəsinin kəsilmiş yarası ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı barədə təfərrüatlar hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.