• 18 °C
|

Saatlıda yol qəzasında 5 yaşlı uşaq ölüb

8 Oktyabr 2026
img

Saatlıda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 yaşlı uşaq həyatını itirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayon mərkəzində qeydə alınıb.

“Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara çıxıb. Qəza nəticəsində avtomobildə olan 5 yaşlı uşaq ölüb.

Faktla bağlı araşdırma aparılır.