
ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə etmək üçün Moskvaya səfər etməyi planlaşdırırlar.
Bu barədə “Axios” mənbələrinə istinadən məlumat yayıb.
Portalın məlumatına görə, Vaşinqton administrasiyası noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək, həmçinin qış başlamamış danışıqlarda diplomatik irəliləyişə nail olmağa ümid edir.
Oktyabrın 8-də Uitkoff və Kuşner münaqişənin nizamlanması ilə bağlı təkliflərini ABŞ prezidenti Donald Trampa təqdim edib və Mayamidə Ukrayna nümayəndə heyəti ilə keçirilməsi gözlənilən, iki gün davam edəcək danışıqlar öncəsi onun mövqeyini öyrəniblər.