10 Okt 2026

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki? hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.