12 Okt 2026

Şimali Koreyanın iki ballistik raket buraxdığı ehtimal edilir.
APA xəbər verir ki, bu barədə Yaponiyanın Dəniz Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Qurum ilk raketin buraxılması barədə məlumatdan iki dəqiqə sonra onun artıq dənizə düşdüyünü açıqlayıb.
İkinci raketin düşməsi barədə məlumat isə ehtimal edilən buraxılışla bağlı xəbərdarlıqdan səkkiz dəqiqə sonra yayılıb.
NHK telekanalının məlumatına görə, birinci raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.