• 20 °C
|

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026
img

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının Səudiyyə Ərəbistanının Xamis-Muşait şəhəri istiqamətində atdığı iki ballistik raketi ələ keçirərək məhv edib.

APA xəbər verir ki, bu barədə alyansın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.

“Xamis-Muşait istiqamətində terrorçu husilər tərəfindən atılan iki ballistik raket ələ keçirilib və məhv edilib”, – əl-Maliki bildirib.

Qeyd edək ki, bundan öncə husilərin hərbi nümayəndəsi Yəhya Səriya qiyamçıların ər-Riyad Beynəlxalq Hava Limanını ballistik raketlə vurduğunu iddia edib. O, həmçinin Xamis-Muşaitdəki aviabazaya pilotsuz uçuş aparatı ilə birbaşa zərbə endirildiyini açıqlayıb.