• 22 °C
|

Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər

13 Oktyabr 2026
img

Türkiyənin xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı regionda baş verən son hadisələr müzakirə olunub, davam edən münaqişələrin nizamlanması üçün göstərilən səylər nəzərdən keçirilib.