
Fransada oktyabrın 17-də yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçiriləcək etiraz aksiyalarında 140 minədək insan iştirak edə bilər.
Bu barədə RMC radiostansiyası Fransa hakimiyyət orqanlarının hesablamalarına istinadən məlumat yayıb.
Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı Baş İdarəsinin proqnozuna əsasən, Parisdən kənarda keçiriləcək nümayişlərə 50–100 min nəfərin qoşulacağı gözlənilir.
Paytaxtda isə daha 20–40 min insanın küçələrə çıxacağı ehtimal olunur.
BFMTV telekanalının məlumatına görə, aksiyalarda taksi sürücüləri, tibb işçiləri, inşaatçılar, həmkarlar ittifaqlarının nümayəndələri, yuxarı sinif şagirdləri və keçmiş “sarı jiletlilər” hərəkatının iştirakçıları da yer ala bilərlər.