• 12 °C
|

Bakıda gənc oğlan bıçaqlanıb

19 Yanvar 2025
img

Bakının Sabunçu rayonunda küçədə dava zamanı bir nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.

Belə ki, 2003-cü il təvəllüdlü Sadıqlı Məmməd Müşviq oğlu küçədə naməlum şəxslə dava edib. Dava zamanı o qarın nahiyyəsindən bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.