• 23 °C
|

Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb

16 Oktyabr 2026
img

Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb.

APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi-Rosaviasiya ilk dəfə olaraq Xantı-Mansi Muxtar Dairəsindəki Koqalım hava limanında məhdudiyyətlər tətbiq olunduğunu açıqlayıb.

Daha əvvəl Xantı-Mansi Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk dron hücumları təhlükəsi məlumat verib.

Qeyd edək ki, Koqalım şəhəri Moskvadan hava yolu ilə 2200 km məsafədə yerləşir.