• 18 °C
|

ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-dən çox artıra bilər

22 Oktyabr 2026
img

ABŞ Yaxın Şərqdə yerləşdirdiyi hərbi dəniz qüvvələrinin sayını artırmağa hazırlaşır.

“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən məlumatına görə, regiondakı ABŞ hərbi gəmilərinin ümumi sayı 24-ü keçə bilər.

Hazırda Yaxın Şərqdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki aviadaşıyıcı zərbə qrupu fəaliyyət göstərir. Onların tərkibində ümumilikdə 20-yə yaxın döyüş gəmisi var.

Nəşr bildirir ki, “Theodore Roosevelt” aviadaşıyıcısı və onu müşayiət edən gəmilər də bölgəyə gəldikdən sonra mövcud qüvvələr regionda qalarsa, ABŞ-nin hərbi gəmi sayı iki dozeni keçəcək.

Mənbələrin sözlərinə görə, ABŞ hərbçiləri İrana qarşı yeni zərbələrin endirilməsi planları üzərində işləyirlər. Oktyabrın 19-da isə İsrail Pentaqon rəhbərinə mümkün hücumlar üçün bir neçə hədəf təqdim edib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərinədək İrana hücum etməyi planlaşdırmır.