• 17 °C
|

Sabahdan Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək

22 Oktyabr 2026
img

Oktyabrın 23-dən Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Bu barədə "APA-Economics”ə AYNA-dan məlumat verilib.

Məlumata görə, məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.