• 20 °C
|

Kəmaləddin Heydərov Qax şəhərində vətəndaşları qəbul edib

23 Oktyabr 2026

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 23-də Qax şəhərində, Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Qax, Zaqatala və Balakən rayonları sakinlərinin qəbulunu keçirib.

Bu barədə APA-ya FHN-dən məlumat verilib.

Əvvəlcə, nazir K.Heydərov Ümummilli Lider Heydər Əliyevin Qax şəhərindəki abidəsini ziyarət edib.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Qax, Zaqatala və Balakən rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.