• 14 °C
|

İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb

25 Oktyabr 2026
img

İtaliyanın bəzi şəhərlərində hökumətin siyasətinə, yanacağın bahalaşmasına və inflyasiyaya qarşı keçirilən etiraz aksiyaları zamanı 371 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Məlumata görə, polis ümumilikdə 4200 nəfərin sənədlərini yoxlayıb, onlardan 371-i yoxlama üçün polis bölmələrinə aparılıb. Saxlanılanlar arasında 110 yetkinlik yaşına çatmayan və 69 əcnəbi olub.

Qeyd edək ki, İtaliyada hökumət əleyhinə tələbə etirazları Fransada bir aydır davam edən aksiyaların təsiri ilə bir həftə əvvəl başlayıb. Sonradan aksiyalara gənclər və işçilər də qoşulublar. Onlar yanacağın və yaşayış xərclərinin, eləcə də kirayə qiymətlərinin yüksək olmasına etiraz edirlər.

Bir sıra həmkarlar ittifaqlarının elan etdiyi ümumi tətilin oktyabrın 30-da keçirilməsi planlaşdırılır.