
Ukraynanın Rusiyanın Voronej vilayətinə kütləvi dron hücumu zamanı ölənlərin sayı üçə çatıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, dron hücumu nəticəsində yaralananların sayı isə 39 nəfərə çatıb.
Qubernator yaralananlar arasında 3 nəfərin uşaq olduğunu da bildirib.
10:22
Rusiyanın Voronej vilayətində Ukraynanın kütləvi dron hücumu nəticəsində iki nəfər ölüb, 17 nəfər yaralanıb.
APA-nın Rusiya bürosu xəbər ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev bildirib.
Onun sözlərinə görə, kütləvi dron hücumlarının qurbanları 1960 və 1973-cü il təvəllüdlü şəxslər olub.
Qubernator bildirib ki, dron qalıqları hərəkətdə olan qatarın üstünə düşüb və nəticədə xeyli sayda insan yaralanıb.
O, həmçinin bir neçə sənaye obyektində, şəhər mərkəzindəki biznes mərkəzində, bir mənzil binasında, iki yay kottecində, məktəb stadionunda və qaraj kooperativində yanğınların baş verdiyini, şəhərin demək olar ki, bütün rayonlarında fasadlara və pəncərələrə ziyan dəydiyini qeyd edib.
Qusev Voronej vilayəti üzərində 113 PUA-nın, onlardan 70-inin vilayətin mərkəzi üzərində vurulduğunu deyib.