31 Okt 2026

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə görüşüb.
APA xəbər verir ki, görüş oktyabrın 30-da Atlantada G20 ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.
Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər ikitərəfli məsələlərlə yanaşı, ABŞ və İran arasında danışıqlar prosesini, Qəzzadakı vəziyyəti, Rusiya-Ukrayna müharibəsini və digər regional məsələləri müzakirə ediblər.