• 13 °C
|

Texasda 1993-cü ildən bəri ilk dəfə demokrat senator seçilib

4 Noyabr 2026
img

ABŞ-ın Texas ştatında Konqresə aralıq seçkilərində ABŞ Senatına demokrat namizəd Ceyms Talariko qalib gəlib və o 1993-cü ildən bəri Texasda seçilən ilk demokrat senatordur.

APA xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Talariko respublikaçı Ken Pakstonu məğlub edərək Con Korninin yerini tutacaq.

Qeyd edək ki, Texasın iki senatoru var. Digər senator Ted Kruz (Respublikaçılar Partiyası) olaraq qalır.