• 16 °C
|

Respublikaçılar Trampdan sonrakı dövrü müzakirə etməyə başlayıblar

5 Noyabr 2026
img

ABŞ-da Respublikaçılar Partiyasının bəzi nümayəndələri noyabrın 3-də keçirilən aralıq seçkilərdəki məğlubiyyətdən sonra partiyanın Donald Trampdan sonrakı gələcəyini müzakirə etməyə başlayıblar.

APA xəbər verir ki, “Politico”nun məlumatına görə, partiya daxilində keçirilən qeyri-rəsmi müzakirələrdə bəzi respublikaçı liderlər seçkilərdəki uğursuzluğa görə Trampı günahlandırırlar.

Partiyanın bir sıra nümayəndələri gələcək seçkilərdə uğur qazanmaq üçün mötədil seçicilərin dəstəyini cəlb etməyin vacibliyini vurğulayıblar.

“Tramp çox yaxşı işlər görüb, lakin partiya əbədi olaraq Trampın partiyası olaraq qala bilməz”, – Respublikaçılar Partiyasının Qaston dairəsi üzrə sabiq sədri Conatan Fletçer bildirib.

Onun fikrincə, partiyanın gələcək uğuru siyasi mərkəzə yaxın seçicilərin dəstəyini qazanmaq qabiliyyətindən asılı olacaq.

Yuta ştatından senator Con Kertis də seçkilərin nəticələrini partiya üçün xəbərdarlıq siqnalı adlandırıb.

O, respublikaçıları məğlubiyyətin səbəblərini araşdırmağa çağıraraq bildirib ki, yalnız medianı günahlandırmaqla problemləri həll etmək mümkün deyil.