• 16 °C
|

Limada Zəfər Günü münasibətilə şəhər meriyasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – FOTO

7 Noyabr 2026
img

Azərbaycan Respublikasının 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limada şəhər meriyasının tarixi binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

APA xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılması iki ölkə arasında dostluq və həmrəyliyin rəmzi ifadəsidir.

Meriya binası üç gün ərzində Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq.