• 10 °C
|

CNN Türk: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək

8 Noyabr 2026
img

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Antalya şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak edəcək.

"CNN Türk" telekanalının məlumatına görə, Türkiyənin ilk dəfə ev sahibliyi edəcəyi COP31 çərçivəsində liderlər sammiti sabah başlayacaq.

Antalyada təşkil olunacaq beynəlxalq tədbirdə iqlim dəyişmələri ilə mübarizə, qlobal ekoloji problemlər və bu sahədə beynəlxalq əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur.