
Venesuelalı milyarder Alexandro Betankur ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelanın neft sektorundakı əsas tərəfdaşlarından birinə çevrilib.
Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sahibkar Ağ Evin dəstəyi ilə iri neft biznesi qurur və artıq ümumi ehtiyatları 63,7 milyard barel təşkil edən yataqlar üzərində hüquqlar əldə edib.
Məlumata əsasən, razılaşma çərçivəsində ABŞ tərəfi Betankurun “North American Blue Energy Partners” şirkətində 35 faizlik paya sahib olacaq.
Bundan başqa, ABŞ şirkətin hasil etdiyi neftin 20 faizini güzəştli qiymətlə – bir barelini 30 dollara almaq imkanı əldə edəcək.
“The Washington Post” qeyd edir ki, bu qiymət neftin mövcud bazar dəyərinin üçdəbirindən də aşağıdır.