
Ermənistan İrandan təbii qaz tədarükünün həcminin artırılmasını xahiş edib.
Ermənistan KİV-in məlumatına görə, bu məsələ bu gün İrəvanda keçirilən Ermənistan-İran hökumətlərarası komissiyasının iclasında müzakirə olunub.
İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi jurnalistlərə açıqlamasında ölkəsinin böyük qaz ehtiyatlarına malik olduğunu bildirib.
“Yəqin bilirsiniz ki, İran dünyanın ən böyük qaz ehtiyatlarından bəzilərinə sahibdir. Əgər bu qazı ixrac etmək imkanı varsa, Ermənistandan daha yaxşı tərəfdaş ola bilərmi?”, – deyə o qeyd edib.
Hazırda İrandan Ermənistana hər il 400 milyon kubmetrdən çox təbii qaz nəql olunur. Bu həcm Ermənistanda bəzi istilik elektrik stansiyalarında istifadə edilir və ölkənin ümumi təbii qaz idxalının təxminən 20 faizini təşkil edir.