• 11 °C
|

Kuşner Əbu-Dabidəki danışıqları konstruktiv adlandırıb

11 Noyabr 2026
img

ABŞ prezidenti Donald Trampın kürəkəni və danışıqlardakı nümayəndəsi Cared Kuşner çərşənbə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilən üçtərəfli görüşləri konstruktiv adlandırıb.

APA xəbər verir ki, o, bu barədə öz “X” hesabında məlumat verib.

“Biz bugünkü konstruktiv danışıqlardan ruhlanmışıq. Prezidentin tapşırığı ilə bu dağıdıcı müharibəyə son qoymaq, Ukraynanın suverenliyini, təhlükəsizliyini və rifahını, eləcə də Avropada davamlı sülhü təmin edəcək təhlükəsizlik razılaşmaları hazırlamaq üzərində işləyirik”, – Kuşner qeyd edib.