
Konservativ televiziya və radio aparıcısı Ben Ferqyuson Ağ Evin mətbuat katibi təyin oluna bilər.
Bu barədə “Fox News” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp CNN-in konservativ şərhçisi Skott Cenninqsin namizədliyini də nəzərdən keçirir.
Digər mümkün namizədlər arasında Ağ Evin kommunikasiya direktoru Stiven Çun, “Breitbart News” portalının Vaşinqton bürosunun rəhbəri Metyu Boyl və Corc Buş administrasiyasının keçmiş mətbuat katibi Ari Fleyşer də var.
Telekanal qeyd edib ki, Ağ Evin son yeddi mətbuat katibi qadın olub. Bu vəzifəni tutan sonuncu kişi Şon Spayser olub.
O, Trampın ilk prezidentlik dövründə, 2017-ci ilin yanvar-iyun aylarında bu vəzifədə çalışıb.