Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən aşağıdakı ixtisaslar üzrə vakant olan ştat vahidləri ilə bağlı növbəti açıq müsabiqə elan edilir.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində:
İxtisas tələbi:filologiya, biologiya, kimya və biologiya müəllimliyi, kompüter elmləri.
İxtisas tələbi:kompüter elmləri, biologiya, fizika, kimya.
İxtisas tələbi:filologiya, fizika.
İxtisas tələbi: Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, dil və ədəbiyyat müəllimliyi, filologiya, tərcümə, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, proqram təminatı mühəndisliyi.
İxtisas tələbi:kimya.
İxtisas tələbi: nəqliyyat mühəndisliyi, yol hərəkətinin təşkili.
İxtisas tələbi:iqtisadiyyat, maliyyə, mühasibat.
İxtisas tələbi: energetika mühəndisliyi, maşın mühəndisliyi, mexanika mühəndisliyi, neft-qaz mühəndisliyi.
İxtisas tələbi: psixologiya, təhsildə sosial-psixoloji xidmət.
İxtisas tələbi: informasiya təhlükəsizliyi.
İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq.
İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq.
İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq, biologiya.
İxtisas tələbi: inşaat mühəndisi, şəhərsalma, memarlıq, kimya.
Göstərilən ixtisaslar üzrə vəzifələrdə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.
Müraciət edənlər 2026-cı ilin 16 noyabr tarixindən 16 dekabr saat 18:00-dək iş günləri və saatları ərzindəmüəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:
(Bakı şəhəri, Xaqani küçəsi 24, tel: (012) 498-09-71);
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 656-28-12);
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91, (+994993) 66-19-93);
(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29-cu məhəllə, 7/22, tel: (+99451) 695-13-01).
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı ətraflı məlumatı “Yaddaş kitabçası”ndan əldə etmək mümkündür. Həmçinin bu sənədlər Məhkəmə Ekspertizası Mərkəzinə və onun regional bölmələrinə müraciət edən şəxslərə təqdim olunacaq.
Ətraflı məlumat əldə etmək üçün yuxarıda göstərilən telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.